ABŞ
İran Süleymaninin "qisasını" belə alıb: Trampla ŞOK SÖVDƏLƏŞMƏNİN detalları açıqlandı
Donald Tramp ABŞ prezidenti olduğu dövrdə İran hökuməti ilə arasında keçən söhbəti açıqlayıb. Təəccüblü etiraflar edən Trampın açıqlamaları "sövdələşməli döyüş gedir?" sualını yaradıb.
Publika.az xəbər verir ki, İran generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İranın ABŞ bazalarına hücumlarının əvvəlcədən xəbərdar edildiyini etiraf edən Tramp bu sözləri deyib:
"İranlılar bizə zəng edib dedilər ki, qulaq asın, başqa çarəmiz yoxdur. Biz sizi vurmalıyıq. Çünki özümüzə hörmətimiz var. Mən də onları başa düşdüm".
O gecə baş verəcəklərdən xəbərdar olduğu üçün gərgin olmayan tək adamın özü olduğunu açıqlayan Tramp "Biz onları vurduq, onlar da nəsə edəcəklər. Dedilər ki, sizdə olan müəyyən bir hərbi bazaya 18 raket atacağıq. O gecəni xatırlayırsınız. Maraqlı bir gecə idi. Əsəbi olmayan tək mən idim. Çünki nə olacağını bilirdim”,- deyə bildirib.
"Bizə dedilər ki, narahat olmayın. Biz sizin hərbi bazanıza 18 raket atacağıq, lakin heç biri bazanı vurmayacaq" . ifadələrinə yer verən Tramp İranın verdiyi sözə əməl etdiyini qeyd edərək raketlərin bazanı vurmadığını bəyan edib.
İraqın o zamankı baş naziri Adil Əbdül Mehdinin dəvəti ilə İraqın paytaxtı Bağdada gedən Qasım Süleymaninin karvanı 3 yanvar 2020-ci il tarixində səhər saatlarında ABŞ ordusuna məxsus silahlı pilotsuz uçuş aparatından atılan raketlə hədəfə alınımışdı. Hücumda Süleymani və iranlı zabitlərlə birlikdə Əl-Haşd Al-Şaabi şiə qruplaşmasının başçısının müavini Əbu Mehdi əl-Muhandisin də aralarında yer aldığı 5 iraqlı ilə ümumilikdə 10 nəfər həyatını itirmişdi.
Hücumlardan sonra bütün gözlər Vaşinqtona çevrildi. ABŞ-ın o zamankı prezidenti Donald Tramp Ağ Evdə Milli Təhlükəsizlik Şurasını topladı. Tramp daha sonra Tvitter hesabında "İrandan atılan raketlər İraqdakı 2 hərbi bazanı hədəfə alıb. Tələfat və zərərin qiymətləndirilməsi işləri aparılır. Hələlik hər şey qaydasındadır",- deyə bildirib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ əsgərlərinin itki vermədiyini açıqlayıb. Daha sonra ABŞ rəsmiləri tərəfindən edilən açıqlamada, hücumla əlaqədar ümumilikdə 109 ABŞ əsgərinə "travmatik beyin zədəsi" diaqnozunun qoyulduğu ifadə edilib.
Nəzrin Cavadzadə
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO