Eyni şöbədə 4 polis əməkdaşı intihar etdi: Bir gündə
Bizi izləyin

ABŞ

Eyni şöbədə 4 polis əməkdaşı intihar etdi: Bir gündə

Los-Anceles dairəsinin şerif ofisinin 4 əməkdaşı bir gün ərzində intihar edib.

Publika.az xəbər verir ki, bu barədə “Los Angeles Times” şerifin bəyanatına istinadən məlumat yayıb.

Qəzet yazır: “Los-Anceles Şerif Departamentinin indiki və keçmiş dörd əməkdaşı 24 saat ərzində intihar ediblər”.

Nəşrin məlumatına görə, bütün bu ölümlərin əlaqəli olduğuna dair heç bir işarə yoxdur.

Qeyd olunur ki, belə bir müddət ərzində bir sıra işçilərin intiharları Los-Ancelesin şerifi Robert Lunanı həmkarlarının vəziyyətini diqqətlə izləmək üçün müraciət etməyə sövq edib.

"Biz bu ölümlərdən xəbər tutduqda məəttəl qaldıq... Belə çətin anlarda rütbə və vəzifəsindən asılı olmayaraq işçilər üçün digər həmkarlarının və dostlarının vəziyyətinə diqqət ayırmaq vacibdir", - şerifin müraciətində deyilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm