ABŞ
İNANILMAZ: ABŞ-a sənədsiz, vizasız uçdu: Bunun neçə baş verdiyini özü də izah edə bilmir
Rusiyalı iqtisadçı Kopenhagendən Los-Ancelesə aviabilet, pasport və vizasız uça bilib.
Publika.az xəbər verir ki, bu barədə “Fox News” kanalı FTB-yə istinadən məlumat yayıb. Lakin həmin şəxs bütün bunların necə baş verdiyini izah edə bilməyib.
Sergey Oçiqavanın noyabrın 4-də Los-Ancelesdə yerləşən hava limanının pasport nəzarəti məntəqəsində saxlandığı dəqiqləşdirilir. Hava limanının təhlükəsizlik işçiləri onu gələn beynəlxalq reyslərin heç birinin sərnişin siyahısında tapa bilməyiblər.
Daha əvvəl Kaliforniya Mərkəzi Dairə Məhkəməsində dərc edilmiş sənədlərə görə, dindirmə zamanı şəxs hüquq-mühafizə orqanlarına bildirib ki, təyyarəyə necə mindiyini xatırlamır.
“Saxlanılan şəxsin marketinq və iqtisadiyyat üzrə fəlsəfə doktoru titulu var. Uzun illər Rusiyada iqtisadçı işləyib. Dindirmə zamanı o, üç gündür yatmadığını və nə baş verdiyini anlamadığını bildirib”, - məhkəmə sənədində qeyd olunur.
Hazırda o, təyyarədə sənədsiz səyahət etməkdə ittiham olunur və məhkəmə prosesi başa çatana qədər həbsdə qalacaq.
Tural
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO

































.jpg)



