Son dəqiqə: ABŞ-da böyük çaxnaşma - Ölkə milli təhlükəsizlik təhdidi ilə üz-üzə
Bizi izləyin

ABŞ

Son dəqiqə: ABŞ-da böyük çaxnaşma - Ölkə milli təhlükəsizlik təhdidi ilə üz-üzə

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi ABŞ-ın ciddi milli təhlükəsizlik təhdidi ilə üz-üzə olması ilə bağlı bəyanat verib.

Publika.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turner prezident Co Baydenin təfərrüatını açıqlamadığı məsələ ilə bağlı bütün məlumat və sənədləri Konqreslə bölüşməsi lazım olduğunu bildirib:

"Bu gün Kəşfiyyat Komitəsi Konqresin bütün üzvlərinə bu ciddi milli təhlükəsizlik təhdidi barədə məlumat verdi. Mən prezident Baydendən xahiş edirəm ki, bu təhlükə ilə bağlı bütün məlumatları əlçatan etsin ki, Konqres, administrasiya və bütün müttəfiqlərimiz buna necə cavab veriləcəyini açıq şəkildə müzakirə etsinlər”.

ABŞ Milli Təhlükəsizlik müşaviri Jake Sullivan müvafiq kəşfiyyat komitəsinin üzvləri ilə üz-üzə görüşəcəklərini və bu görüşdə müvafiq məsələləri müzakirə edəcəklərini deyib. O, Turnerin ictimaiyyətə belə bir ilkin açıqlama verməsinin onun üçün sürpriz olduğunu bildirib.

Amerika mediasında əks olunan bəzi xəbərlərdə məsələnin Rusiya ilə bağlı kəşfiyyat ola biləcəyi iddia edilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm