ABŞ-ın “Odissey”i Ayda çevrildi
Bizi izləyin

ABŞ

ABŞ-ın “Odissey”i Ayda çevrildi

Amerikanın “Intuitive Machines” şirkətinin “Nova-C Odysseus” modulu fevralın 22-də Aya enərkən çevrilib. Bununla belə, cihaz işləməyə davam edir və onun əsas sistemləri təsirlənmir.

Publika.az xəbər verir ki, bu barədə Space.com “Intuitive Machines”in baş direktoru Stiv Altemusa istinadən məlumat yayıb.

Altemusun sözlərinə görə, Aya enməzdən əvvəl “Odissey” operatorları modulun lazer diapazonunun düzgün işləmədiyini anlayıblar. Beləliklə, komanda dəqiq sürət və məsafəni (NDL) ölçmək üçün Naviqasiya Doppler Lidar adlı eksperimental NASA alətini işə salmaqla hündürlük və sürət məlumatlarını əldə etmək üçün alternativ üsul tapıblar.

Komanda planlaşdırılmış enişi iki saat gecikdirib.

Eniş zamanı cihaz Ayın səthində ciddi şəkildə perpendikulyar olaraq saatda təxminən 3,2 kilometr sürətlə hərəkət etməli idi. Lakin məlumatlar “Odissey”in gözlənildiyindən üç dəfə tez (10 km/saat) uçduğunu göstərib.

Nəticədə, “Odissey, ehtimal ki, şassini sındırıb və çevrilib.

“Odissey” hədəf eniş zonasından bir və ya iki mil məsafədə “Malapert A” adlı kraterin yaxınlığındakı yerə enib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm