Dünyanın ən yaşlı siam əkizləri öldü
Bizi izləyin

ABŞ

Dünyanın ən yaşlı siam əkizləri öldü

Dünyanın ən yaşlı birləşmiş əkizləri Lori və Corc (keçmiş Dori) Çappellin 62 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın “Leibensperger” cənazə evi məlumat yayıb.

"Redinqdən olan 62 yaşlı birləşmiş əkizlər Lori L.Çappell və Dori A.Çappell 7 aprel 2024-cü il bazar günü Pensilvaniya Universitetinin Xəstəxanasında vəfat etdilər", - cənazə evinin saytındakı bəyanatda deyilir.

Ginnesin Rekordlar Kitabında qeyd edildiyi kimi, başda birləşən Lori və Dori (sonradan Corc) əvvəlcə eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Corc özünü kişi kimi tanımağa başladı.

Dori (Corc) uğurlu kantri müğənnisi kimi tanınırdı. Lori1990-cı illərdə xəstəxana camaşırxanasında işləyirdi. Eyni zamanda, Dori onurğasında problemlər olduğundan yeriyə bilməyib və bacısının hərəkət etdirdiyi xüsusi stulda oturub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm