ABŞ
ABŞ-dan etiraf gəldi: Rusiya və İran Qərbin zəifliyini hiss edir

Rusiya ilə İran Ukrayna və Qəzza zolağındakı münaqişələrə vaxtında reaksiya vermədiyi üçün Qərbin zəifliyini hiss edirlər.
Publika.az xəbər verir ki, bunu “Sky News”un müdafiə və təhlükəsizlik üzrə redaktoru Debora Hayns bildirib.
Müəllif diplomatik mənbədən sitat gətirir: “İran, Rusiya və Çin hazırda iki müharibə arasında parçalanmış Qərbin zəifliyini hiss edirlər”.
Həmçinin vurğulanır ki, İsraillə İran arasında gərginliyin artması daha çox Qərb ölkələrinin yenidən silahlanma və yardıma böyük sərmayə yatırmaq istəməməsi ilə bağlı olub. Müəllif ümumiləşdirib ki, bu ölkələrin rəhbərlərinin vəziyyətin gərginləşməsinin qarşısını almaq çağırışları o qədər də ağır çəkiyə malik deyil və real nəticələrə gətirib çıxarmır.
Bundan əvvəl məlum olub ki, ABŞ İrana zərbə endirməkdən imtina edərək, İsrailə xəbərdarlıq edib ki, İslam Respublikasına qarşı cavab tədbirləri görülsə, yəhudi dövləti təkbaşına hərəkətə keçəcək. Bu qərar Vaşinqtonun Qəzza zolağındakı əməliyyatdan və Rəfah şəhərində hərbi əməliyyatların başlanmasından narazılığı ilə izah edilir.
Tural

-
Magazin209:00
“Gönül Dağı”nın ulduzu qəzaya düşdü - Vəziyyəti ağırdır
-
ABŞ03:35
"Axmaq və dəhşətli insanlarsınız” deyib kənara çəkiləcəyik - Tramp
-
MDB01:35
Rusiya bu sazişdən ÇIXDI
-
Hadisə01:15
Bakıda toyda kütləvi zəhərlənmə oldu
-
Qoroskop00:55
Günün qoroskopu: Emosiyalar çox yüksəkdir, diqqətli olun!
-
Nida Xəbər 18 Aprel 23:59
Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
-
Nida Xəbər 18 Aprel 23:42
Paşinyan Qazaxın sərhədində - Video
-
Magazin218 Aprel 23:27
Xalq artisti səhnədən yıxıldı, onurğası sındı