ABŞ
102 yaşlı qadın uzunömürlülüyün SİRRİNİ AÇDI - Həftədə üç gün...
![](https://publika.az/storage/2024/05/23/owl_detail_620_0ea8c5cc30ac6a060b19b0da71d83c7e.jpg?v1719362867)
1940-cı ildə ərinin qurduğu kurortda hələ də işləyən 102 yaşlı meksikalı qadın uzun və aktiv həyat sürməyin sirrini açıb.
Publika.az xəbər verir ki, bu barədə CNBC yazır.
Debora Sekey 3 may 1922-ci ildə Nyu-Yorkda anadan olub. 1939-cu ildə məşhur macar alimi, filosofu və təbii həyat tərzinin müdafiəçisi Edmond Sekey ilə evlənib. Müharibə başlayandan sonra Sekeyin Amerika vizası ləğv edilməli və o, vətəninə qaytarılmalı idi. Sonra cütlük Meksikanın Aşağı Kaliforniya ştatına köçüb və orada Şimali Amerikada ilk belə təşkilatlardan biri olan "Rancho La Puerta" sağlamlıq kurortunu qurub.
Debora Sekey yaşlansa da, "Rancho La Puerta"da işləməyə davam edir, baxmayaraq ki, o, rəhbərliyi çoxdan qızına təhvil verib. Qadın həftədə üç gün - çərşənbə axşamı, çərşənbə və cümə axşamı işləyir. Çərşənbə günləri qonaqlarla danışır, çərşənbə axşamı və cümə axşamı isə onlarla və qonaq məruzəçilərlə ünsiyyət qurur.
Sekey uzunömürlülüyünün səbəbi kimi mütaliəni və daim yeni nəsə öyrənmək istəyini göstərib.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Sosial03:43
Xəyanətin psixoloji markerləri: bu kişilər aldatmağa meyllidirlər
-
Magazin102:42
Xalq artistlərinin rəqsi gündəm oldu - VİDEO
-
MDB00:45
Mahaçqalanın mərkəzində yenidən atışma baş verdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: bu istəyiniz əks reaksiya doğura bilər
-
MDB25 İyun 23:36
Kadırov Dağıstandakı terror aktlarından sonra çeçenlərə XƏBƏRDARLIQ ETDİ
-
Hadisə25 İyun 23:24
Azərbaycanda təhsil şöbəsinin binası çökdü - FOTO
-
Nida Xəbər 25 İyun 23:12
Müdafiə naziri PLANLARI AÇIQLADI: "Qarşıya vəzifə qoymuşuq ki..."
-
Sosial25 İyun 22:40
Natiq Qasımovun ailəsi Prezidentə təşəkkür etdi - FOTO