ABŞ Gürcüstanı cəzalandırdı: Bu şəxslər və qohumları...
Bizi izləyin

ABŞ

ABŞ Gürcüstanı cəzalandırdı: Bu şəxslər və qohumları...

Antoni Con Blinken

Birləşmiş Ştatlar Gürcüstan parlamentinin müxalifəti və demokratik azadlıqları boğmaq üçün alət hesab etdiyi “xarici agentlər” haqqında qanuna cavab olaraq Gürcüstana viza məhdudiyyəti siyasəti tətbiq etdiyini açıqlayıb.

Publika.az ABŞ Dövlət Departamentinin internet saytının məlumatına istinadən xəbər verir ki, dövlət katibi Entoni Blinken artıq belə sanksiyaların tətbiq oluna biləcəyini açıqlayıb.

“Gürcüstanın demokratik proseslərini və ya təsisatlarını pozan hər kəs, o cümlədən 2024-cü ilin oktyabr seçkilərindən əvvəl, seçki zamanı və sonra bu siyasətə əsasən ABŞ vizası almaq və Birləşmiş Ştatlara səfər etmək hüququna malik ola bilməz. Bu şəxslərin yaxın qohumları da bu məhdudiyyətlərə məruz qala bilər”, - deyə Blinkenin bəyanatında qeyd olunur.

Bəyanata görə, Birləşmiş Ştatlar hakim “Gürcü Arzusu” partiyasının parlamentdə qəbul etdiyi Xarici Təsir Şəffaflığı Aktının söz və sərbəst toplaşma azadlığını məhdudlaşdırdığına və müstəqil mətbuatın işinə maneələr yarada biləcəyinə inanır.

Blinken qeyd edib ki, Gürcüstan hakimiyyəti yeni qanunla razılaşmayanları qorxutmağa və sıxışdırmağa çalışır və bütün bunlar Gürcüstan konstitusiyasında Avro-Atlantik birliyə inteqrasiya ilə bağlı qarşıya qoyulan məqsədə ziddir. Onun sözlərinə görə, bu gün ABŞ və Gürcüstan arasında münasibətlərə hərtərəfli baxış başlayır.

“Biz ümid edirik ki, Gürcüstan rəhbərliyi qanun layihəsini nəzərdən keçirəcək, demokratiya və Avro-Atlantik inteqrasiyaya doğru irəliləmək üçün addımlar atacaq. Biz ölkələrimiz arasında münasibətləri nəzərdən keçirərkən, hərəkətlərimizlə bağlı qərar qəbul edərkən Gürcüstanın addımlarını nəzərə alacağıq”, - ABŞ Dövlət Departamenti rəhbərinin bəyanatında deyilir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm