ABŞ-dan gözlənilməz etiraf: Onların döyüş gücü yoxdur
Bizi izləyin

ABŞ

ABŞ-dan gözlənilməz etiraf: Onların döyüş gücü yoxdur

ABŞ Ukraynaya qoşun yeritməyəcək və özünü yalnız maliyyə dəstəyi ilə məhdudlaşdıracaq. Çünki Ukrayna münaqişəsi Amerikanı birbaşa təhdid etmir.

Publika.az xəbər verir ki, bu fikri “Fox Business”-ə müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Uorren Devidson deyib.

O vurğulayıb ki, ABŞ Kiyevə nə qədər pul göndərsə də, bu dollarlar nə qədər hesabsız xərclənsə də, onların (Ukraynanın – red.) əlavə qüvvələr cəlb etmədən rusları məğlub etmək üçün kifayət qədər döyüş gücü yoxdur.

Devidsonun fikrincə, bu gün Ukraynada çoxlu sayda silah yerləşdirmək üçün nə əhali, nə resurslar, nə də bacarıqlar var - bu səbəbdən bəzi qeyri-mühafizəkar siyasətçilər Amerika qoşunlarının Ukraynaya göndərilməsini təklif edirlər. Konqresmen təklifləri “tamamilə yersiz” adlandırıb, çünki Ukrayna münaqişəsi birbaşa ABŞ-ı təhdid etmir.

“Əgər bu, həqiqətən də Amerika üçün təhlükə olsaydı, onda mən başa düşərdim ki, biz niyə Amerika ordusunun Kiyevi müdafiə etməsini istəyirik”, - deyə konqresmen yekunlaşdırıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm