ABŞ və Kanadadan Çinə göz dağı: Hərbi gəmiləri bu boğazdan keçdi
Bizi izləyin

ABŞ

ABŞ və Kanadadan Çinə göz dağı: Hərbi gəmiləri bu boğazdan keçdi

ABŞ və Kanada donanmasına məxsus iki döyüş gəmisinin Tayvan boğazından keçdiyi bildirilib.

Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Sakit Okeandakı 7-ci Donanması bəyanat yayıb.

Bəyanatda açıq dənizdə üzmə azadlığının və sulardan keçidin beynəlxalq hüquq normalarına uyğun olduğu vurğulanıb.

“Higgins və Vankuverin Tayvan boğazından keçməsi Birləşmiş Ştatların müttəfiqləri və tərəfdaşları ilə birlikdə bütün ölkələr üçün naviqasiya azadlığına sadiqliyini nümayiş etdirdi. Birləşmiş Ştatlar bütün qanuna ziddiyyət təşkil edən hər hansı suverenlik və yurisdiksiya iddialarını rədd edir. Tayvan boğazının yerləşdiyi bölgəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Cəbhəsi Komandanlığı ABŞ və Kanada gəmilərinin Tayvan boğazından keçməsinə nəzarət edir. Qaydalara uyğun olaraq Çinin döyüş təyyarələri və gəmiləri tərəfindən izlənilir”.

Qeyd edək ki, ABŞ və Kanada gəmilərinin Tayvan boğazından keçməsi ötən həftənin əvvəlində Çinin Tayvanı mühasirəyə aldığı hərbi təlimdən sonra baş verib. Çin ordusu oktyabrın 14-də Tayvanı əhatə edən hərtərəfli hərbi təlimə başladığını açıqlayıb. “Birgə Qılınc-2024B” adlı təlimdə quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin iştirak etdiyi bildirilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm