Blinkenin Yaxın Şərqə səfəri başlayır: hərbi əməliyyatları dayandırmaq üçün...
Bizi izləyin

ABŞ

Blinkenin Yaxın Şərqə səfəri başlayır: hərbi əməliyyatları dayandırmaq üçün...

ABŞ dövlət katibi Antoni Blinken Qəzzada atəşkəsin əldə olunması və Livanda hərbi əməliyyatların dayandırılması üçün bu gün Yaxın Şərqə səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə görə Blinken İsrailə, eləcə də regionun digər ölkələrinə səfər etməyi planlaşdırır. Səfər çərçivəsində Qəzzada müharibənin dayandırılması, bütün girovların azad edilməsi müzakirə ediləcək. Blinken bölgədə münaqişəyə son qoymaq üçün diplomatik səylər göstərəcək.

Blinkenin oktyabrın 22-də İsrail Prezidenti İshaq Hersoq və Baş nazir Benyamin Netanyahu ilə görüşü gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm