ABŞ Türkiyədə 18 şirkəti qara siyahıya saldı
Bizi izləyin

ABŞ

ABŞ Türkiyədə 18 şirkəti qara siyahıya saldı

ABŞ Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsi çərçivəsində Türkiyədə qeydiyyatdan keçmiş 18 şirkətə sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Şirkətlər Türkiyənin müxtəlif şəhərlərində qeydiyyatdan keçib, əksəriyyəti İstanbulda yerləşir. Antalya, Konya, Ankara, Bursadan şirkətlər var. Siyahıya daxil olan şirkətlərin bəziləri müxtəlif təyinatlı malların idxalı və ixracı ilə məşğul olur. Şirkətlərdən ikisi dəniz gəmilərinə xidmət göstərən və ya inşa edən tərsanədir. Bir neçə şirkət müxtəlif təyinatlı və komponentlər üçün sənaye avadanlığı, həmçinin sənaye obyektlərində xidmət bölmələri təqdim edir.

Siyahıya, həmçinin biokimya üçün tibbi avadanlıq, kimyəvi reagentlər və materiallar təqdim edən şirkət də daxildir.

Qeyd edək ki, may ayında da ABŞ Maliyyə Nazirliyi Türkiyədə qeydiyyatdan keçmiş 17 şirkətə qarşı sanksiya tətbiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm