Dünya Bankı: bu ölkə qlobal iqtisadiyyatın parlaq nöqtəsidir
Bizi izləyin

ABŞ

Dünya Bankı: bu ölkə qlobal iqtisadiyyatın parlaq nöqtəsidir

Dünya Bankı ABŞ-ı qlobal iqtisadiyyatın əsas “parlaq nöqtəsi” adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə Dünya Bankının “Global Economic Prospects” hesabatında qeyd olunub.

Analitiklər son 40 ildə pul siyasətinin ən ciddi sərtləşdirilməsinə baxmayaraq, Amerika iqtisadiyyatının təsirli dayanıqlığını qeyd ediblər. Dünya Bankı 2024-cü ildə ABŞ-ın ÜDM artımı ilə bağlı proqnozunu 0,9 faiz bəndi artıraraq 2,5 faizə çatdırıb. Bankın 2025-2026-cı illər üçün gözləntiləri orta hesabla 1,8 faiz artımdır.

Ekspertlərin fikrincə, ABŞ növbəti iki il ərzində bütün dünya iqtisadiyyatının artım potensialını qoruyub saxlamağın əsas səbəblərindən biridir.

Hesabatda deyilir ki, iri iqtisadiyyatlar arasında Hindistan və İndoneziya da müsbət tendensiyalar nümayiş etdirir. Hindistanda ÜDM-in artımı güclü daxili tələb, investisiya və xidmət sektorunda işgüzar fəallıq hesabına baş verib. Ölkə iqtisadiyyatı 2024-2026-cı illər arasında illik orta hesabla 6,7 ​​faiz artacaq və Cənubi Asiya dünyanın ən sürətlə inkişaf edən bölgəsinə çevriləcək. İndoneziyanın ÜDM-i qarşıdakı üç il ərzində hər il təxminən 5,1 faiz artacaq, bu da artan orta sinif və hökumət liderlərinin düzgün iqtisadi siyasətləri hesabına baş verəcək.

Çinin iqtisadi artım proqnozu yanvar ayı ilə müqayisədə 4,8 faiz təşkil edib. Dünya Bankı bu dinamikanı Çinin ixracının əhəmiyyətli dərəcədə artması və sənaye istehsalının güclənməsi ilə əlaqələndirir. Eyni zamanda, gələcəkdə artım tempi aşağı düşəcək - 2025-ci ildə 4,1 faiz, 2026-cı ildə isə 4 faiz olacaq.

Bankın analitikləri digər ölkələrə şübhə ilə yanaşırlar, çünki pandemiya şokundan sonra dünya hələ çiçəklənməyə aparan yolu tapmayıb. Onlar hesab edirlər ki, qlobal iqtisadi artım tempi əsas inkişaf məqsədlərinə çatmaq üçün yetərli deyil. Dünya Bankı yaxın üç ildə bu rəqəmin 2,7 faizi ötməyəcəyini gözləyir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm