ABŞ-da ən son sorğunun kritik nəticəsi: Tramp, yoxsa Bayden?
Bizi izləyin

ABŞ

ABŞ-da ən son sorğunun kritik nəticəsi: Tramp, yoxsa Bayden?

ABŞ-da noyabrın 5-də baş tutacaq prezident seçkiləri üçün sorğu keçirilib. Nəticələrə görə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Demokratların namizədi Co Baydendən kiçik fərqlə də olsa, öndədir.

Publika.az xəbər verir ki, sorğunu “Reuters” və “Ipsos” xəbər agentlikləri keçirib. Nəticəyə əsasən, 2020-ci ildə Baydenə uduzan Tramp rəqibini 2 faiz qabaqlayıb.

Bildirilir ki, Trampa səs verəcəklərini deyən seçicilərin nisbəti 41, Baydenə isə 39 faizdir. Sorğuda iştirak edənlərin 20 faizi qərarsız olduqlarını və ya səs verməyi planlaşdırmadıqlarını bildiriblər.

Eyni zamanda ölkə daxilində seçki anketlərini tərtib edən “Real Clear Politics” (RCP) tərəfindən dərc edilən milli sorğularda da Tramp kiçik fərqlə Baydeni qabaqlayır. RCP-də son 9 ümummilli sorğunun orta göstəricisinə görə, Tramp səslərin 45,2 faizini, Bayden isə 44,8 faizini toplayıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm