ABŞ 6 şəxs və 8 şirkətə sanksiyalar tətbiq etdi
Bizi izləyin

ABŞ

ABŞ 6 şəxs və 8 şirkətə sanksiyalar tətbiq etdi

ABŞ Ticarət Departamenti altı şəxsə və səkkiz şirkətə qarşı sanksiyalar tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə departamentin Federal Reyestrdə yerləşdirilmiş bildirişində deyilir.

Bildirilir ki, Rusiyanın SkyTechnic şirkəti, eləcə də Britaniyanın Virgin adaları, Çin, BƏƏ, Serbiya və Türkiyədəki səkkiz şirkəti də məhdudiyyətlərə məruz qalıb. Sanksiya tətbiqinə səbəb şirkətlərin Rusiya Federasiyasına təyyarələr üçün ehtiyat hissələrinin tədarük etməsi göstərilir.

Qeyd edək ki, 2022-ci ilin fevralında ABŞ Rusiyaya göndərilən aviasiya məhsullarına nəzarəti gücləndirib və bəzi təyyarələr və ehtiyat hissələri üçün yeni lisenziya tələbləri tətbiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm