Baydenin iti məxfi xidmətin agentinə yenə HÜCUM ETDİ
Bizi izləyin

ABŞ

Baydenin iti məxfi xidmətin agentinə yenə HÜCUM ETDİ

ABŞ Prezidenti Co Baydenin iti daha bir məxfi xidmətin agentini dişləyib.

Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Qeyd edilib ki, hadisə 2023-cü ilin sentyabrında baş verib.

Qeyd edilib ki, it məxfi xidmət zabiti Baydenə yaxınlaşmaq istəyəndə onun sol əlindən dişləyib.

"Mən əlimi geri çəkdim və "yox" deyə qışqırdım", - adı açıqlanmayan qurban hadisədən sonra deyib.

Daha sonra it zabitə arxadan da hücum edib.

Fevral ayında Baydenin itinin məxfi xidmət agentlərinə neçə dəfə hücum etdiyi məlum olub. CNN jurnalistləri alman çoban itinin agentləri ən azı 24 dəfə dişlədiyini bildiriblər. Eyni zamanda, daxili yazışmalarda xidmət işçiləri Baydenin ev heyvanının onları qanaxma həddinə qədər yaraladığından şikayətləniblər və heyvanın aqressivliyinin artması səbəbindən iş üsullarında dəyişiklik edilməsini müzakirə eediblər.

Qeyd edək ki, bundan öncə Baydenin iti işçilərə qarşı aqressiyaya görə Ağ Evdən qovulmuşdu.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm