ABŞ-da atışma: çox sayda yaralı var
Bizi izləyin

ABŞ

ABŞ-da atışma: çox sayda yaralı var

ABŞ-ın Miçiqan ştatında atışma nəticəsində ən azı doqquz nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı polisə istinadən məlumat verib.

Məlumata görə, hadisə Roçester-Hills şəhərində baş verib. Zərərçəkənlərdən biri səkkiz yaşlı uşaqdır.

Şübhəli şəxs təxminən 28 dəfə atəş açıb. Atəş yerində bir tapança və üç boş daraq tapılıb.

Polisin məlumatına görə, şübhəli şəxs hadisə yerinin yaxınlığında saxlanılıb. Atışmanın səbəbi barədə məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm