ABŞ 5 ölkədəki nüvə arsenalını gizli şəkildə YENİLƏYİR
Bizi izləyin

ABŞ

ABŞ 5 ölkədəki nüvə arsenalını gizli şəkildə YENİLƏYİR

ABŞ köhnə nüvə başlıqlarını modernləşdirilmiş nüvə başlıqları ilə əvəz etməklə beş Avropa ölkəsində yerləşdirilmiş nüvə arsenalını yeniləməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media departamentinin rəhbəri Alister Burnett bildirib.

Onun sözlərinə görə, bunu ABŞ Hərbi Hava Qüvvələrinin bu nəqliyyat növü üçün nəzərdə tutulmuş təyyarələrinin canlı izlənilməsi ilə əminliklə söyləmək olar.

Burnett vurğulayıb ki, Vaşinqton bu barədə açıq danışmır, lakin arsenalın yenilənməsi davam edir.

ICAN nümayəndəsi həmçinin ABŞ-ın nüvə silahlarının Böyük Britaniyada yerləşdirilməsi üçün hazırlıq prosesinin hələ də davam etdiyini, hazırda silahların ölkə ərazisində hələ yerləşdirilmədiyini bildirib. Onlar həmçinin qeyd ediblər ki, 2021-ci ildən başlayaraq Britaniya dövləti öz nüvə arsenalı, həcmi və təkmillik səviyyəsi ilə bağlı şəffaflığı dayandırıb.

Yanvarın 20-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın strateji nüvə qüvvələri həmişə tam döyüş hazırlığındadır, ona görə də ölkə Qərbdə qəbul edilən qərarlardan az narahatdır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm