ABŞ
"Paşinyan inandırıcı addım atdı, dəhliz məsələsi isə..." - Ceyms Uorlik
"Ermənistan və Azərbaycan sanki sülh sazişi imzalamağa, sülhə yaxınlaşmağa yaxınlaşır, amma hadisələrin necə inkişaf edəcəyini demək çətindir".
Publika.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “Ermənistan və Azərbaycan həqiqətən də sülh astanasındadırmı?” mövzusunda keçirilən müzakirədə bildirilib.
“Biz bu ssenarini əvvəllər dəfələrlə görmüşük, burada tərəflər yenidən qərara yaxınlaşıblar, lakin heç vaxt son xətti keçə bilməyiblər”, - Uorlik bildirib.
Onun sözlərinə görə, danışıqların ətrafında cəmləşən bir çox məsələlər var:
"Birincisi, anklavlar məsələsidir. Artıq həll olunmuş kimi görünür. Baş nazir Paşinyan dörd mübahisəli anklavı təslim etməklə çox inandırıcı addım atıb.
İkincisi, demarkasiya və delimitasiya məsələsidir ki, bu, kifayət qədər uzun müddət tələb edəcək. Üçüncüsü, nəqliyyat və kommunikasiya məsələsidir, xüsusən də Azərbaycanla Naxçıvan arasında. Bu, daha mürəkkəb məsələdir".
“Təkcə bu problemi həll etmək deyil, həm də bu dəhlizin yaradılması yolunu müəyyən etmək hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan dəmir yolu dəhlizinin olmasına hazır görünür və bunu alqışlayır. Açığı, Ermənistan da ticarət və kommunikasiyaya yol aça biləcək belə bir sərhədi alqışlamalıdır. Çətindir, amma düşünürəm ki, razılığa gələ bilərik. Ümid edirəm ki, tərəflər buna daha da yaxınlaşırlar”, Uorlik yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Yaxın Şərq28 Sentyabr 23:20
ABŞ-ın bu ölkədəki səfirliyi mühasirəyə alındı - VİDEO
-
Region28 Sentyabr 23:11
Elan edildi: İran bu ölkəyə qoşun göndərir
-
Sosial28 Sentyabr 19:13
Faciəvi şəkildə ölən Arzunun nişanlısı: "Allah mənim bəlamı versin" - FOTO
-
Hadisə28 Sentyabr 19:02
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
-
Nida Xəbər 28 Sentyabr 18:07
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
-
İdman28 Sentyabr 18:00
Ehtiram Quliyev Bakının bu kəndində 5 hektar torpaq aldı: Məqsədi nədir?
-
Yaxın Şərq28 Sentyabr 17:31
Türkiyə Həsən Nəsrullahın öldürülməsinə belə REAKSİYA VERDİ
-
MDB28 Sentyabr 17:10
Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA