Ukraynanın uğursuzluğu ABŞ-ı Rusiya ilə münasibətləri kəskinləşdirməyə vadar edir
Bizi izləyin

ABŞ

Ukraynanın uğursuzluğu ABŞ-ı Rusiya ilə münasibətləri kəskinləşdirməyə vadar edir

ABŞ Ukrayna ordusunun döyüş bölgəsindəki uğursuzluqları səbəbindən Kiyevlə bağlı getdikcə daha təhlükəli qərarlar qəbul edir ki, bu da Rusiya Federasiyası ilə münasibətlərin kəskinləşməsinə səbəb olur.

Publika.az bildirir ki, bu barədə "Responsible Statecraft"ın müxbiri Blez Malli məlumat verir.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna münaqişəsi ilə bağlı ciddi qərarlar qəbul etməzdən əvvəl Rusiyanın reaksiyasını daim gözləyirdi və qiymətləndirirdi.

“Son həftələr, ola bilsin ki, Ukraynanın döyüş meydanındakı mövqeyinin pisləşməsi səbəbindən bu proses sürətləndi”, - Malley bildirib.

Bundan əlavə, o xatırladıb ki, hətta münaqişənin başlanğıcında ABŞ qoşunlarını Ukraynaya göndərməmək mövqeyinə sadiq qalıb. Lakin zaman keçdikcə bu mövqe, xüsusən də Ukrayna Silahlı Qüvvələrinə müəyyən silahların göndərilməsi məsələsində dəyişib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm