Dəlilikdən başqa hər şey: Baydenin uğursuzluğunda yeni səbəblər üzə çıxdı
Bizi izləyin

ABŞ

Dəlilikdən başqa hər şey: Baydenin uğursuzluğunda yeni səbəblər üzə çıxdı

ABŞ prezidenti Co Baydenin debatdakı uğursuzluğuna görə məsuliyyət dəlilikdən başqa hər şeyin üzərinə atıldı.

Publika.az xəbər verir ki, bu barədə amerikalı milyarder Cefri Saks "X" sosial şəbəkəsində yazıb.

“Baydenin debatdakı çıxışına görə məsuliyyət onun təşviqat məsləhətçiləri, moderatorlar tərəfindən yanlış fakt yoxlanışı, kamera bucağı və makiyaj, gec vaxt, həddən artıq hazırlıq, rəqibin öz dürüstlüyünün əksinə olaraq yalan danışmaq istedadı. Günah qocalıq dəliliyində deyil”, - deyə Saks şərh edib.

O əlavə edib ki, hazırkı Amerika liderinin zəif çıxışına soyuq, kəkələmə və səhnənin yanlış tərəfində durması da səbəb olub.

Xatırladaq ki, Bayden və onun rəqibi Donald Tramp arasında debat cümə günü axşam CNN-nin təşkilatçılığı ilə baş tutub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm