ABŞ-da son sorğu: 72 faiz Baydenin "fatihə"sini oxudu
Bizi izləyin

ABŞ

ABŞ-da son sorğu: 72 faiz Baydenin "fatihə"sini oxudu

ABŞ-da keçirilən sorğuda iştirakçıların 72 faizi Co Baydenin prezident vəzifəsini yerinə yetirmək üçün psixi sağlamlığa sahib olmadığını bildirib.

Publika.az xəbər verir ki, Baydenin səhhətinə görə prezident seçkilərindən geri çəkilməli olduğuna inananların 46 faizi Demokratik seçicilərdir.

Eyni sorğuda Respublikaçı namizəd Donald Tramp üçün isə yarı-yarıya səs verilib. Onun prezident olmaq üçün lazımi psixi və koqnitiv sağlamlığın olub-olmaması ilə bağlı suala 50 faiz “bəli”, 49 faiz isə “yox” cavabını verib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün yarışan Bayden və Tramp iyunun 27-si CNN-də canlı yayımda ilk debatı keçiriblər. Onlar debatda bu nəticələri təkzib ediblər.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm