Tramp seçilsə, NATO-nun planını ALT-ÜST EDƏCƏK: "Gürcüstan və Ukrayna..."
Bizi izləyin

ABŞ

Tramp seçilsə, NATO-nun planını ALT-ÜST EDƏCƏK: "Gürcüstan və Ukrayna..."

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində yenidən qalib gələrsə, NATO-nun şərqə doğru genişlənməsindən imtina edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla yazıb.

Ağ Evin keçmiş sahibini dəstəkləyən adı açıqlanmayan iki milli təhlükəsizlik ekspertinin sözlərinə görə, siyasətçi hazırda Şimali Atlantika Alyansının şərqə doğru genişlənməsini dayandırmaq üçün sövdələşmə üzərində işləyir. Bu, ilk növbədə, Ukrayna və Gürcüstana aiddir.

Mənbələr vurğulayıb ki, keçmiş Amerika lideri Rusiya prezidenti Vladimir Putinlə müvafiq razılaşmalar əldə etmək istəyir.

Onlar həmçinin Trampın hakimiyyətə qayıtdıqdan sonra bəzi NATO-ya üzv ölkələr üçün təhlükəsizlik zəmanətlərini ləğv edə biləcəyini də istisna etməyiblər. Söhbət ÜDM-nin 2%-dən azını müdafiəyə xərcləyən dövlətlərdən gedir.

Ekspertlər deyib ki, istənilən halda Amerikanın “nüvə çətiri” və dövlətin hərbi bazaları Avropada qalacaq. Vaşinqtonun müttəfiqləri onun hərəkətlərini NATO müqaviləsinin 5-ci maddəsinin pozulması kimi qəbul edə bilərlər. Həmin maddəyə əsasən, hər bir üzv ölkə hücuma məruz qalan tərəfdaşlara yardım göstərməyə borclu hesab olunur.

Eyni zamanda, başqa bir mənbə ABŞ-ın keçmiş prezidentinin digər xarici siyasət təşəbbüslərini nəzərdən keçirməkdən imtina etmədiyini vurğulayıb. O cümlədən Ukraynaya külli miqdarda silah tədarükünü.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm