ABŞ çıxılmaz vəziyyətdə: Dollar "ölüm" ayağında...
Bizi izləyin

ABŞ

ABŞ çıxılmaz vəziyyətdə: Dollar "ölüm" ayağında...

Dolların "ölümü" ilə bağlı şayiələr şişirdilmiş olsa da, müvəqqəti xarakter daşıyır, çünki ABŞ valyutası getdikcə daha çox problem yaşayır.

Publika.az xəbər verir ki, bu barədə Hindistanın "The Indian Express" nəşri yazıb.

Nəşrin iddiasına görə, hazırda Vaşinqtonda dolların hökmranlığına heç bir şübhə yoxdur, çünki dünyanın hər yerində əksər ödənişlər bu valyuta ilə həyata keçirilir.

Bildirilib ki, dollar ən pis dövrünü yaşayır. Üstəlik, amerikalılar monetar və fiskal siyasətlər, eləcə də görünməmiş ilkin və ikinci dərəcəli sanksiyalar vasitəsilə dolların nüfuzunun azalmasına səbəb olublar.

"The Indian Express" qeyd edib ki, ABŞ siyasəti dolları iqtisadi alətdən hərbi alətə çevirib və bu, ilk növbədə aktivlərin müsadirəsi ilə ifadə olunur.

Yekunda bildirilib ki, hazırda ABŞ dolların ehtiyat valyutası kimi sabitliyinə şübhə etmir, lakin ölkənin iqtisadi, siyasi və sosial problemləri kontekstində bu “kor inam” daha da güclənəcək.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından etibarən Rusiya Qərbin sanksiyalarının təzyiqi fonunda dollar və avro ilə ödənişləri əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, ölkə Laos, Çin, Türkiyə, Qazaxıstan və digər ölkələrlə milli valyutada hesablaşmalara keçib. Bundan əlavə, Pakistan noyabr ayında ilk dəfə Rusiya taxılını BƏƏ dirhəmində alıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm