Bu Avropa ölkəsinə giriş qaydaları SƏRTLƏŞDİRİLİR: 8 ilə qədər...
Bizi izləyin

Avropa

Bu Avropa ölkəsinə giriş qaydaları SƏRTLƏŞDİRİLİR: 8 ilə qədər...

Finlandiya hökuməti əcnəbilər haqqında qanuna edilən dəyişikliklər çərçivəsində sentyabrın 1-dən ölkəyə girişlə bağlı bir sıra qaydaları sərtləşdirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

“Qanunvericiliyə edilən yeni dəyişikliklər ölkəyə giriş müddəalarından yayınmanın qarşısını əvvəlkindən daha effektiv şəkildə almağa imkan verəcək”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, dəyişikliklərə əsasən, qanunda yaşayış icazəsinin verilməsindən imtina edilə bilən hər bir hal, o cümlədən yalan məlumatın verilməsi, qeyri-qanuni qalma, ölkədə qeyri-qanuni işləmə, habelə nikahın bağlanması halları öz əksini tapacaq.

Dəyişiklikləri respublika prezidenti iyulun 5-də təsdiq etməlidir. Belə olan halda, yenilik cari ilin sentyabrın 1-dən qüvvəyə minəcək.

Bundan əlavə, hökumət bu il oktyabrın 1-dən Finlandiya vətəndaşlığını almaq üçün tələb olunan ölkədə yaşama müddətini 8 ilə qədər artırmağı planlaşdırır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm