Bayden üçün HƏLLEDİCİ SAATLAR: Disney ağır "zərbə" vurdu, CNN vaxt qoydu
Bizi izləyin

ABŞ

Bayden üçün HƏLLEDİCİ SAATLAR: Disney ağır "zərbə" vurdu, CNN vaxt qoydu

Amerikalı sənədli film prodüseri və Demokrat Partiyasının donoru Abigail Disney ABŞ prezidenti Co Bayden prezidentlik yarışından geri çəkilənə qədər demokratlara ianə verməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

“Mən partiyaya bütün ianələri Baydeni əvəzlənənə qədər dayandırmaq niyyətindəyəm. Bayden getməsə, demokratlar uduzacaqlar”, - o deyib

Abigail Disney Baydenin itkisinin nəticələrinin həqiqətən dəhşətli olacağı fikrini ifadə edib.

Bir neçə saat əvvəl CNN növbəti 48 saatı Baydenin siyasi karyerası üçün həlledici adlandırdıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm