Blinken Ukraynanın yeni XİN rəhbəri ilə danışdı
Bizi izləyin

ABŞ

Blinken Ukraynanın yeni XİN rəhbəri ilə danışdı

ABŞ Dövlət katibi Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andriy Sibiqa ilə telefonla danışıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Blinken onu yeni vəzifəsi münasibətilə təbrik edib və ABŞ-ın Ukrayna ilə tərəfdaşlığının əhəmiyyətini qeyd edib. Blinken Rusiya ilə müharibə ilə bağlı və ölkə iqtisadiyyatının bərpasını sürətləndirmək üçün ABŞ-ın davamlı hərbi, iqtisadi və humanitar dəstəyini vurğulayıb.

ABŞ Dövlət katibi Birləşmiş Ştatların BMT Baş Assambleyasının açılış həftəsində Ukrayna ilə bağlı planlaşdırılan tədbirlərə dəstəyini təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm