ABŞ Konqresi UNO-larla bağlı dinləmələr keçirəcək
Bizi izləyin

ABŞ

ABŞ Konqresi UNO-larla bağlı dinləmələr keçirəcək

ABŞ Konqresi yaxın həftələrdə uçan naməlum obyekt (UNO) məsələsi ilə bağlı ictimai dinləmələr keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" ABŞ Senatının yüksək vəzifəli üzvünə istinadla məlumat yayıb.

Nəşr vurğulayıb ki, dinləmələr ABŞ hərbi məlumatçılarının UNO-larla bağlı açıqlamalarından, habelə keçmiş Pentaqon rəsmisi Luis Elizondonun veteran əsgərin cəsədindən çıxarılan “yadplanetli implant”la məşğul olduğuna dair bəyanatından sonra baş tutacaq.

Senator Kirsten Gillibrand nəşrə dinləmələrin tezliklə baş tutacağını təsdiqləyib. Onun fikrincə, bu cür məlumatların ictimaiyyətə açıq olması vacibdir.

DM qeyd edib ki, Konqresin təhqiqatı Amerikanın UNO-larla bağlı hesabatları fonunda başlayıb. Onlardan biri bir neçə gün əvvəl Montanada, ABŞ Hərbi Hava Qüvvələrinin nüvə bazasından 60 mil aralıda görünüb.

2023-cü ildə ABŞ Konqresində yerdənkənar sivilizasiyaların mövcudluğu və onlarla mümkün təmaslara dair ilk ictimai dinləmələrin bir hissəsi olaraq keçmiş CIA zabiti Devid Qruş bəyan edib ki, uçan naməlum obyektlərlə insidentlərin baş verdiyi ərazilərdə qeyri-insan mənşəli texnologiyalar aşkar edilib

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm