Təyyarə qəzaya uğradı: Ölənlər var
Bizi izləyin

ABŞ

Təyyarə qəzaya uğradı: Ölənlər var

ABŞ-ın İndiana ştatında kiçik tək mühərrikli təyyarə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə “Madison County” şerif ofisinin kapitanı Darvin Dviggins açıqlama verib.

O bildirib ki, təyyarə Ayova ştatından İndiana reysi zamanı enmək üzrə olduğu Anderson hava limanı yaxınlığında qəzaya uğrayıb.

Dvigginsin sözlərinə görə, şahidlər təyyarənin enişdən əvvəl tərs çevrildiyini və qarğıdalı sahəsinə çırpıldığını bildiriblər.

Təyyarənin alovlandığını vurğulayan Dviggins qəza nəticəsində 4 nəfərin həyatını itirdiyini qeyd edib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) təyyarə qəzasının səbəbinin bilinmədiyini açıqlayıb. Araşdırmaya başlamaq üçün hadisə yerinə müfəttiş göndərilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm