ABŞ
Trampın adına araq istehsal oluna bilər
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın qeyri-rəsmi nümayəndələri onun adı ilə araq buraxılması imkanını müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Washington Post" öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, vəziyyətlə tanış olan şəxslərin sözlərinə görə, Trampın keçmiş və qeyri-rəsmi müşavirlərindən bəziləri hələ bazara çıxmayan "Tramp arağı" xəttinin buraxılmasını müzakirə ediblər. Bundan əlavə, Trampa yaxın bir şəxs nəşrə bildirib ki, onun reklam etmək və ya araq xəttini işə salmaq fikri yoxdur.
Nəşrin müəlliflərinin fikrincə, Tramp ABŞ seçki tarixində hamıdan çox öz adını pul qazanmağa çalışır. Materialda deyilir ki, bir qayda olaraq, eks-prezidentlər ictimai çıxışlar və xatirələrlə məhdudlaşır, lakin Tramp idman ayaqqabısı və hətta bibliya istehsal edir.
"The Washington Post" həmçinin qeyd edib ki, Trampın bir sıra məsləhətçiləri və vəkilləri onun bir çox lisenziya müqavilələrini “qaranlıq” hesab edirlər.
Akqabay
-
Cənubi Qafqaz08:12"Kəndlər boşaldılır, 300 min azərbaycanlı gəlir..." - Karapetyandan sensasion açıqlama
-
Sosial06:46Gənclər buna görə evlənmək istəmir...
-
Magazin206:16Leonardo ofisiantı ağlatdı: 50 min avro ilə...
-
Cənubi Qafqaz05:45Ona qarşı cinayət işi açılacaq - Paşinyan elan etdi
-
ABŞ04:30ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?
-
ABŞ02:43Düzgün cavabları almasaq... - Trampdan İrana sərt xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: böyük bir maddi yükdən azad olacaqsız
-
Hadisə00:27Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə: 21 nəfər xəstəxanalıq oldu - Yeniləndi







.webp)





.jpg)




















