ABŞ
Ölümcül virus TƏHLÜKƏSİ BÖYÜYÜR: 2 ştatda komendant saatı tətbiq edildi
ABŞ-da Venesuela at ensefalomielit virusunun (VAE) yayılması ilə əlaqədar iki ştatın sakinləri axşam saatlarında evlərini tərk etməməyə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Vermont və Massaçusets ştatlarında insanların ölümcül xəstəliyə yoluxma riski səbəbindən axşam ictimai tədbirlər ləğv edilməyə başlanılıb. Bu virusu ağcaqanadlar daşıyır və yayır. İnsanlarda beynin şişməsinə və ölümə səbəb ola bilər.
Yerli səhiyyə departamenti ştat sakinlərinə ağcaqanadların aktivliyinin artdığı bir dövr olan axşam saat 6-dan səhər 6-ya qədər çölə çıxmamağı tövsiyə edib.
Bu, ABŞ-da VAE epidemiyasının qeydə alındığı ilk hadisə deyil. Beş il əvvəl həkimlər Miçiqan sakini, 64 yaşlı amerikalını ağcaqanad dişlədikdən sonra xilas edə bilməyiblər.
Xəstəliyin simptomlarına qəfil hərarət, titrəmə və oynaq ağrıları daxildir. Bundan əlavə, şiddətli baş ağrısı, titrəmə, beynin iltihabı və iflic xarakterikdir.
Hüseyn İbadlı
-
Hadisə15:10
Əsgərimiz güllə yarasından öldü - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı