Tramp ilk dəfə açıqladı: Hər iki sui-qəsd cəhdini onlar planlaşdırıblar
Bizi izləyin

ABŞ

Tramp ilk dəfə açıqladı: Hər iki sui-qəsd cəhdini onlar planlaşdırıblar

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, ona qarşı hər iki sui-qəsd cəhdini radikal solçu ideyaların tərəfdarları törədib.

Publika.az xəbər verir ki, o, bunu bazar ertəsi “X”də yayımlanan bloger Faroq Sarmad ilə müsahibəsində bildirib.

Sui-qəsd cəhdlərinə nəyin səbəb olduğu sualına o, “İndi çoxlu açıqlamalar var” deyə cavab verib. O, xüsusilə, Demokrat Partiyasının nümayəndələrinin “demokratiya üçün təhlükə və buna bənzər” bəyanatlarına istinad etdiyini bildirib. "Və belə görünür ki, bu adamların hər ikisi sol radikallar idi", - Tramp deyib.

“Birincisi haqqında daha çox bilməliyik”, - Tramp hüquq-mühafizə orqanlarının iyul ayında Pensilvaniyada onu güllələyən Tomas Metyu Kruks haqqında daha çox məlumat əldə etmək cəhdlərindən danışarkən vurğulayıb. “Onun atası Pensilvaniyada ən böyük hüquqşünası işə götürdü, bu olduqca qəribədir. Orada qəribə şeylər baş verir", - Tramp bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm