ABŞ senatorundan tarixi etiraf: İsrailə silah satışı dayandırılacaq?
Bizi izləyin

ABŞ

ABŞ senatorundan tarixi etiraf: İsrailə silah satışı dayandırılacaq?

ABŞ-ın İsrailə bu yaxınlarda təsdiqlədiyi 20 milyard dollarlıq silah satışının qarşısının alınması üçün gələn həftə Senata qanun layihəsi təqdim ediləcək.

Publika.az xəbər verir ki, amerikalı müstəqil senator Bernie Sanders İsrailə silah satışını dayandırmaq istiqamətində yeni addım atıb.

O, Senat üzvlərinə göndərdiyi bəyanatda bu istiqamətdə qanun layihəsi təqdim edəcəyini və bunun İsrailə silah satışını dayandırmağın yeganə yolu olduğunu bildirib.

Sanders İsrailin Qəzzada 41 mindən çox insanın ölümünə səbəb olan hücumlarında Amerika istehsalı silahlardan geniş istifadə edildiyini etiraf edib. O, ABŞ-ın bir müddət əvvəl İsrailə 20 milyard dollarlıq silah satışına icazə verdiyini xatırladıb: "Birləşmiş Ştatlar bu humanitar fəlakətdə şərik ola bilməz".

Konqresdə böyük əksəriyyətin İsrailin lehinə olduğu üçün Sandersin təklif etdiyi qanun layihəsinin qəbul olunma ehtimalının az olduğu bildirilir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm