Dünya
İran himni səsləndirildi, bu ölkənin nümayəndəsi ayağa qalxmadı
İran prezidenti Məsud Pezeşkianın iştirak etdiyi Beynəlxalq İslam Birliyi Konfransının açılışında İran himni səsləndirilərkən yalnız Taliban nümayəndəsinin ayağa qalxmaması reaksiyaya səbəb olub.
Publika.az xəbər verir ki, bu vəziyyət ölkə mediasında və sosial mediada tənqid olub.
Bəzi şəxslər Taliban nümayəndəsinin konfransa dəvət olunmasını tənqid edib. Reaksiyaların ardınca İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi “X” hesabında açıqlama verib.
“Musiqi çalmağın qadağan edilməsi bəhanəsi ilə diplomatik prinsiplərə hörmətsizlik etməyin heç bir mənası yoxdur”, - deyə o qeyd edib.
Taliban rəsmiləri Pakistanda da eyni hərəkəti ediblər. Sentyabrın 18-də Pakistanın Peşəvər şəhərində keçirilən mərasimdə Pakistan himni səsləndirilərkən Taliban rəsmiləri ayağa qalxmayıb. Rəsmi İslamabad bu vəziyyətə etiraz edərək, bunu diplomatik protokolların pozulması adlandırıb.
Aysel Şahmar
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO