Dünya
Narinin hansı tarixdə və necə öldürüldüyü AÇIQLANDI
Türkiyənin Diyarbəkir bölgəsində itdikdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı istintaq davam edir. Məhkəmə Tibbi Eskpertizanın tamamlanmış hesabatı nəticəsində Narinin hansı tarixdə və necə öldürüldüyü məlum olub.
Publika.az "Sondakika.com"-a istinadla xəbər verir ki, hesabatda uşağın ağız və burnunun bağlanması və boynunun sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.
Diyarbəkir prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də vəfat etdiyi müəyyən edilib.
Qeyd edilib ki, mövcud məlumatlarla Narinin cinsi təcavüzə məruz qalıb-qalmaması ilə bağlı tibbi qiymətləndirmə aparıla bilməz.
Hesabatda sol ayağının dizdən aşağı kəsilməsinə səbəb olan travmanın öləndən sonra heyvanlar tərəfindən törədildiyi vurğulanıb.
Ekspertiza Narin Güranın qardaşı Enes Güranın qolundakı diş izlərini araşdırmağa davam edir. Bu barədə rəyin 21 sentybar tarixində açıqlanması gözlənilir.
Roza Şəfiyeva
-
İdman11:00“Sportinq”in gürcüsünün ilham pərisi - FOTOLAR
-
Sosial08:37Türkiyəyə də quru yolla gedə biləcəyik: ucuz qiymətə! - Açıqlama
-
Cənubi Qafqaz08:12"Kəndlər boşaldılır, 300 min azərbaycanlı gəlir..." - Karapetyandan sensasion açıqlama
-
Sosial06:46Gənclər buna görə evlənmək istəmir...
-
Magazin206:16Leonardo ofisiantı ağlatdı: 50 min avro ilə...
-
Cənubi Qafqaz05:45Ona qarşı cinayət işi açılacaq - Paşinyan elan etdi
-
ABŞ04:30ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?
-
ABŞ02:43Düzgün cavabları almasaq... - Trampdan İrana sərt xəbərdarlıq






































