ABŞ-ın dövlət borcu iki gün ərzində rekord məbləğdə artdı: Bu qədər oldu
Bizi izləyin

ABŞ

ABŞ-ın dövlət borcu iki gün ərzində rekord məbləğdə artdı: Bu qədər oldu

Maliyyə ilinin “dəyişməsi” zamanı ABŞ-ın dövlət borcu rekord həddə - 347,6 milyard dollar artıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ-da federal hökumətin maliyyə ili oktyabrın 1-dən başlayır və növbəti il sentyabrın 30-dək davam edir. Bazar ertəsi günü, yəni köhnə maliyyə ilinin son günündə borc dərhal 143,3 milyard dollar, oktyabrın 1-də (yeni ilin ilk günü) 204,3 milyard dollar artıb.

Əsas artım hökumətin öz idarələri qarşısında öhdəliklərində olub – buna görə 243,8 milyard dollar artım olub.

Fiziki şəxslər, müəssisələr və dünyanın qalan hissəsi qarşısındakı maliyyə öhdəlikləri isə 103,8 milyard dollar artıb.

Maliyyə ilində baş verən son dəyişiklik Amerikanın dövlət borcu tarixində ən bahalı dəyişiklik olub. Beləliklə, Amerika borcunun ümumi məbləği rekord həddə - 35,67 trilyon dollara çatıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm