Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO
Bizi izləyin

ABŞ

Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO

Amerikalı sahibkar, mühəndis və milyarder İlon Maska məxsus "Tesla" şirkəti "Cybercab" adlı pilotsuz robotaksi hazırlayıb.

Publika.az xəbər verir ki, yeni məhsulu şirkətin sahibi təqdim edib.

"Tesla" onlarla oxşar taksi nümayiş etdirib. Mask onlardan birinə əyləşib.

"Biz yolların görünüşünü dəyişdirmək istədik. Gələcək gələcək kimi görünməlidir", - Mask deyib.

Milyarder bildirib ki, ən yeni avtomobillərdə pedallar və sükan yoxdur. O, robotaksini “düyməni bas və unut” prinsipi ilə işləyən liftlə müqayisə edib.

Maskın sözlərinə görə, avtomobilin qiyməti 30 min dollardan az olacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm