Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
Bizi izləyin

ABŞ

Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”

ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Tramp deyib ki, o, Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı anlaşır.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Pensilvaniyanın şərqində yerləşən Oks şəhərində meriya tədbirində çıxış edən Tramp Rusiya lideri ilə yaxşı münasibətdə olduğunu bir daha təsdiqləyib və onun prezidentliyi dövründə Ukraynaya işğalın heç vaxt baş verməyəcəyini bildirib.

O, Putinin Ukraynaya hücum qərarından danışarkən deyib: “O, bu haqda danışırdı, amma mən Putinə bunu etməyəcəyini dedim”.

Tramp əmindir ki, Putin bunu yalnız hazırkı prezident Co Baydenə görə edib. ABŞ-ın keçmiş prezidenti Ukrayna prezidenti Vladimir Zelenski ilə də yaxşı münasibətdə olduğunu bildirib və prezident seçilənə qədər Şərqi Avropada müharibəyə son qoyacağını deyib.

"Bayden bununla bağlı heç nə etməyib - o, bir ildən artıqdır ki, Putinlə belə danışmayıb. Bu, bitməli olan müharibədir və mən bu müharibəni bitirəcəyəm... Mən cəhd edəcəyəm. Prezident seçilərək bu müharibəni bitirmək istəyirəm", - Tramp vurğulayıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm