İlon Mask plagiatda ittiham olundu
Bizi izləyin

ABŞ

İlon Mask plagiatda ittiham olundu

“Mən Robot” filminin rejissoru Aleks Proyas amerikalı iş adamı İlon Maskı plagiatda ittiham edib.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə paylşım edib.

Rejissorun sözlərinə görə, onun filmindəki robot "Optimusun" obrazı “Robovan” və “Cybercab” pilotsuz nəqliyyat vasitələrinə çox bənzəyir. Bu avtomobillər "Musk"a məxsus "Tesla" tərəfindən hazırlanıb.

"Elon, zəhmət olmasa dizaynımı mənə geri verə bilərsənmi?" - Proyas qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, amerikalı milyarder, “Tesla”nın baş direktoru və məhsul memarı İlon Mask “Cybercab” pilotsuz robot-aksisini təqdim edib.

Bu avtomobil Amerikanın tanınmış elektrik avtomobilləri və enerji saxlama həlləri istehsalçısının ilk belə avtomobilidir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm