Seçkinin taleyi görün harada həll olunur: İki əsrlik müqavilə onu qalib edəcək
Bizi izləyin

ABŞ

Seçkinin taleyi görün harada həll olunur: İki əsrlik müqavilə onu qalib edəcək

Bütün dünyanın diqqəti noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilərə yönəlib. Ekspertlər vurğulayırlar ki, qarşıdan gələn seçkilər qlobal münaqişə bölgələrinin, xüsusilə Rusiya-Ukrayna, İsrail-Livan müharibəsi, İran və Çin gərginliyi kimi bölgələrin gələcəyini müəyyən edəcək.

Publika.az xəbər verir ki, “Haber Global”a danışan ABŞ-ın məşhur seçki tarixi eksperti professor Con Hansen bu barədə dəyərləndirmələr edib.

ABŞ-ın iqtisadi və sosial vəziyyətinin seçicilərin qlobal müharibələrdən daha çox üstünlük təşkil etdiyini bildirən Hansenin sözlərinə görə, bu sahədə Donald Trampın üstünlüyü var. ABŞ seçkilərinin tarixi və dinamikası ilə bağlı iki kitabın müəllifi olan Hansen seçkinin qalibini 7 ştatın müəyyən edəcəyini bildirir. Politoloqun fikrincə, seçkinin taleyini həll edəcək bəzi əsas amillər var:

İki əsrlik müqavilə

“ABŞ-ın siyasi tarixi öz doktrinaları ilə dünya tarixində iz qoymuş prezidentlərin tarixidir. Tomas Cefferson, Aleksandr Hamilton, Ceyms Monro, Endrü Cekson, Riçard Nikson, Herri Truman və ya Ronald Reyqanın xüsusilə xarici siyasətdə doktrinaları qlobal tarixi formalaşdırıb. İki namizəddən yalnız Donald Tramp Cekson doktrinasına möhkəm sadiqdir. Kamala Harris isə ABŞ-ın mövcud qlobal maliyyə əlaqələri, beynəlxalq siyasət və diplomatiya şəbəkələri, əsasən də hərbi və sənaye sektoru ilə müəyyən edilən təhlükəsizlik sahələrinin davamlılığını və genişlənməsini müdafiə edən namizəddir. Mövcud şərtləri nəzərə alaraq, seçicilərin Trampa müraciət etməsi gözlənilməlidir”.

Kritik 7 ştat

Con Hansen qeyd edib ki, ABŞ seçkilərində həmişə 4 və ya 5 ştat həlledici olub: “Digər tərəfdən, Konqresdəki partiyaların namizədləri ictimaiyyət tərəfindən ən azı prezident və onların vitse-prezidentlərinin namizədlikləri qədər diqqətlə izlənilir. Bu seçkidə 7 kritik ştat qalibi müəyyən edəcək. Pensilvaniya, Viskonsin, Arizona, Şimali Karolina, Nevada, Florida və Corciya”.

Prioritet iqtisadiyyat

“Birləşmiş Ştatlarda millətin resurslarının Birinci və İkinci Dünya Müharibələri və ya Soyuq Müharibə kimi münaqişələrə yönəldildiyi dövrlər istisna olmaqla, beynəlxalq siyasət və ya məsələlər heç vaxt ictimaiyyət üçün prioritet olmayıb. ABŞ-da Rusiya-Ukrayna müharibəsi əsas medianın iddia etdiyi kimi müzakirə olunmur. İsrailin Yaxın Şərqdəki münaqişələrini mühafizəkar qruplar izləyir. Demək olar ki, bu seçkilərdə ABŞ üçün əsas təhlükəsizlik təhdidi kimi Çin əsas götürülüb”, - siyasətçi bildirib.

Harrisin lehinə

Professor əlavə edib ki, seçkilərdə səs verərkən Amerika xalqı irqi gərginlik, sərhəd təhlükəsizliyi, maliyyə rahatlığı, iqtisadi artım, ixracın və istehsalın artırılması və işsizliyin azaldılması, səhiyyə və təhsil islahatları, dövlət işçilərinin pensiya sistemi və vergilər kimi məsələləri nəzərdən keçirəcək: “Bu daxili dinamika qlobal ictimaiyyət tərəfindən başa düşülmür. Bu nöqteyi-nəzərdən Respublikaçılar Partiyasının vədləri daha güclüdür və Trampın prezidentliyi dövründə bu sahələrdə keyfiyyətli rahatlıq yaradılıb. Trampın partiya üçün kəskin sayıla biləcək mövqeyi Harrisin xeyrinə olan amillərdəndir”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm