Trampın adamı demokratlara səsləndi: Baydeni seçkiyə qaytarın!
Bizi izləyin

ABŞ

Trampın adamı demokratlara səsləndi: Baydeni seçkiyə qaytarın!

Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidentliyə namizədi J.D.Vens demokratlara müraciət edib. O, Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harrisi yenidən Ağ Evin hazırkı rəhbəri Co Baydenlə əvəz etməyi düşünməyi təklif edib.

Publika.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.

“Demokratik dostlarıma səslənirəm, bəlkə siz Kamala Harrisi Co Baydenlə əvəz etməyi düşünməlisiniz”, - J.D.Vens bildirib.

O, təklifini heç bir şəkildə izah etməyib. Bu, Harrisin “Fox News”-a verdiyi müsahibə ilə əlaqəli ola bilər. Həmçinin həmin gün Respublikaçılar Partiyasının lideri Donald Trampın kampaniyası Harrisin “Fox News”-un aparıcısı Bret Baier ilə müsahibəsinin fəlakət olduğunu söylədi. Hazırkı vitse-prezident müsahibin heç bir sualına düz cavab verə bilməyib.

Qeyd edək ki, ABŞ-da növbəti, 60-cı prezident seçkiləri bu ilin noyabrın 5-nə təyin edilib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm