ABŞ
Sülh yolunda aşılmaz maneə o idi - Bayden AÇIQLADI
ABŞ kəşfiyyatı HƏMAS lideri Yəhya Sinvarın izlənilməsində və yerinin müəyyənləşdirilməsində İsrailə kömək edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Ağ evin saytında yayılan bəyanatında deyilir. Onun sözlərinə görə, HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə gerçəkləşdirdiyi hücumdan sonra o, xüsusi təyinatlılara və kəşfiyyat üzrə mütəxəssislərə Y.Sinvar və digər HƏMAS liderlərini tapmaq və izləmək üçün israilli həmkarları ilə birlikdə işləmək tapşırığını verib.
Baydenin sözlərinə görə, ABŞ HƏMAS liderinin fəaliyyətini Yaxın Şərqdə sülhün əldə olunması yolunda aşılmaz maneə kimi görürdü.
“Bu maneə artıq yoxdur. Lakin qarşıda görülməli hələ çox işlər var. DNT testi göstərir ki, Sinvar ölüb. Bu, İsrail, ABŞ və bütün dünya üçün yaxşı gündür”,- deyə Prezident əlavə edib.
ABŞ lideri Y.Sinvarın ölümünü 2011-ci ildə Usama ben Ladenin ölümü ilə müqayisə edib.
-
Dünya17:35
Rusiyalı turistlərə bu ölkəyə giriş qadağan edildi
-
MDB16:36
Gürcüstandakı iğtişaşların təhrikçisi bəlli oldu - Rusiya açıqladı
-
Sosial15:32
Əli Kərimliyə bu cəza verildi
-
Maraq dünyası14:56
Bu 3 bürc 2024 bitmədən varlanacaq - Pul sel kimi gələcək
-
Nida Xəbər 13:56
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir: Ara qarışdı - İrəvanda nə BAŞ VERİR?
-
İdman13:24
Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? - FOTOLAR
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA