Mask ABŞ-ı xəbərdar etdi: İflas yaxınlaşır
Bizi izləyin

ABŞ

Mask ABŞ-ı xəbərdar etdi: İflas yaxınlaşır

Amerikalı iş adamı və milyarder İlon Mask bildirib ki, ABŞ hökumətinin xərcləri azalmasa, ölkə iflasla üzləşəcək.

Publika.az xəbər verir ki, iş adamı Pensilvaniyadakı mitinqdə çıxışı zamanı "İnflyasiyanın səbəbi də budur" deyib.

Bundan əlavə, Mask vurğulayıb ki, geniş xərclər problemi çox böyük miqyaslıdır və onun başa düşülməsi “sağlam düşüncə” tələb edir. Ona görə də gələcək dövlət başçısı üçün onun həlli prioritet məsələyə çevrilməlidir.

İş adamı çıxışı zamanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı da dəstəkləyib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm