Bu ölkədən olan kişilərə viza verilmir
Bizi izləyin

Dünya

Bu ölkədən olan kişilərə viza verilmir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Tacikistandan olan kişilərə viza verməkdən imtina edir.

Publika.az xəbər verir ki, Tacikistan vətəndaşları bir neçə gündür bu problemlə üzləşirlər.

Bütün ailə üçün viza tələb olunarsa veriləcək, lakin kişilər ayrıca viza istəsələr, onların müraciətləri rədd ediləcək. İmtina səbəbləri hələ də bilinmir.

Qeyd edək ki, Türkiyə terror aktları riski ilə əlaqədar Tacikistanla vizasız gediş-gəlişi ləğv edib. Bundan əvvəl Cənubi Koreya miqrasiya qanunvericiliyinin kütləvi şəkildə pozulması səbəbindən Tacikistan vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm