1,4 milyard ton ərzaq israf edilir
Bizi izləyin

Dünya

1,4 milyard ton ərzaq israf edilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə nümayəndəsinin müavini Ayşegül Selışık dünyada ərzaq qiymətlərinin artdığını bildirib.

Publika.az xəbər verir ki, dünyadakı qarşıdurmaların və qlobal iqlim dəyişikliyi qida istehsalına, logistikaya təsir edir.

Selışık bildirib ki, BMT-nin statistikasına görə, dünyada 4 milyard ton qida istehsal edilir:

"Yəni bir milyard insan üçün yarım milyard ton qida lazımdır. Amma baxanda 730 milyondan çox insan acdır. Rəqəmlərə görə, biz təxminən 1,4 milyard ton qida israf edirik. Ərzaq təhlükəsizliyindən danışacağıqsa, israfdan başlamaq lazımdır. Digər tərəfdən 2,8 milyard insan sağlam qidalana bilmir. Hər il 600 milyon insan xəstələnir, 420 min insan isə çirklənmiş qida istehlakı səbəbindən ölür. Təxminən 890 milyon insan piylənmədən ölür. Qidadan ölənlərin 30 faizi 5 yaşa qədər uşaqlardır”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm