Maskdan Trampa dəstək mitinqi: “Onlar cəhənnəm olsunlar”
Bizi izləyin

ABŞ

Maskdan Trampa dəstək mitinqi: “Onlar cəhənnəm olsunlar”

Amerikalı milyarder İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləmək üçün Pensilvaniya ştatının Filadelfiya şəhərində ilk seçki mitinqini keçirib.

Publika.az xəbər verir ki, Mask Filadelfiyadakı məktəbin auditoriyasında keçirdiyi mitinqdə iştirakçıları erkən qeydiyyatdan keçərək səs verməyə çağırıb.

Mask çıxışında ABŞ Konstitusiyasının üstünlüyünü vurğulayıb: “Bu konstitusiya sözün əsl mənasında ABŞ-ı bugünkü vəziyyətə gətirən fundamental dəyərlər toplusudur. Onun əleyhinə olan hər kəs ABŞ əleyhinədir və onlar da cəhənnəm olsunlar”.

O, mitinqə qatılanları ailələrini və dostlarını səs vermək üçün qeydiyyatdan keçməyə təşviq etməyə çağırıb: “Mən əvvəllər siyasi cəhətdən aktiv deyildim, amma indi aktivəm. Çünki Amerikanın və sivilizasiyanın gələcəyinin təhlükə altında olduğunu düşünürəm”.

Mitinq Maskın öz “X” sosial media platformasında da canlı olaraq yayımlanıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm