Tramp Harrisin bir addımlığında
Bizi izləyin

ABŞ

Tramp Harrisin bir addımlığında

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp potensial seçicilər arasında dəstək baxımından Demokratlar Partiyasının rəqibi Kamala Harrislə fərqi azaldıb.

Publika.az xəbər verir ki, bu, CBS və "YouGov" sosioloji şirkətinin sorğusundan məlum olub.

Trampı seçicilərin 49 faizi, Harrisi isə 50 faizi dəstəkləyib.

Demokrat namizədin seçiciləri onun ABŞ prezidenti olmaq üçün kifayət qədər koqnitiv və əqli qabiliyyətlərə malik olduğuna inanır və respondentlərin 47%-i lehinədir. Respondentlərin yalnız 33%-i bu məsələdə Trampı dəstəkləyib.

Amerikalıların daha 13%-i hər iki namizədə inanır, 7%-i isə heç birinə inanmır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm