Azərbaycanda bu avtomobillər kütləvi satışa çıxarılır?
Bizi izləyin

Sosial

Azərbaycanda bu avtomobillər kütləvi satışa çıxarılır?

Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən maşın bazarında durğunluq yaşanır. Buna görə də, qiymətləri endirdiyini deyən satıcılar da var.

Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hava şəraitinin dəyişməsi avtomobil bazarına da təsir edib.

Satıcılar deyirlər ki, hər il ənənəvi olaraq payız-qış mövsümündə bazarda alıcı qıtlığı olur.

Onların sözlərinə görə, hazırda bazarda ən çox tələb Koreya istehsalı olan avtomobillərədir.

Satıcılar son günlər dizel maşınlarının kütləvi satışa çıxarılması ilə bağlı da suallarımızı cavablandırdılar. Bildirdilər ki, deyilənlər həqiqətəuyğun deyil.

O da bildirilib ki, bütövlükdə Çin avtomobillərinin bazara girməsi, digər ölkə istehsalı olan maşınların satışına təsirsiz ötüşməyib.

Ətraflı süjetdə:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm