Mbappe artıq antirekord vurur
Bizi izləyin

İdman

Mbappe artıq antirekord vurur

“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya Primerasının 11-ci turunun “Barselona” ilə oyununda (0:4) səkkiz dəfə ofsayd vəziyyətinə düşüb və antirekord vurub.

Publika.az xəbər verir ki, Mbappe 2017/2018 mövsümünün başlanğıcından bəri Avropanın ən yaxşı 5 liqasında bir matçda yeddi dəfədən çox ofsaydda qalan ilk oyunçu olub.

Həmçinin matç zamanı Mbappenin vurduğu iki qolu ləğv edilib.

Ümumilikdə Mbappe bu mövsüm “Los Blancos”un heyətində 15 oyun keçirib, 8 qol vurub və iki məhsuldar ötürmə edib.

İspaniya Primerasında keçirilən 11 oyundan sonra Madrid klubu 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Barselona” 30 xal toplayıb və birinci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm